OPEC+ ölkələri yeni hasilat kvotaları ilə bağlı razılığa gəliblərbackend

OPEC+ sazişinin iştirakçısı olan ölkələrin nazirləri hasilat kvotaları ilə bağlı əvvəlki sazişin müddətini 2024-ci ilin üçüncü rübünədək uzatmaq barədə razılığa gəliblər.

Kartel həmçinin üzv ölkələrin istehsal gücünün qiymətləndirilməsi üçün son müddəti 2024-cü ilin noyabrına qədər uzadıb. Bu məlumatlar əsasında 2025-ci il üçün kvotalar müəyyən ediləcək.

Qeyd edək ki, növbəti OPEC+ iclası dekabrın 1-nə planlaşdırılıb.

Mənbə: TASS