Pentaqon KXDR hərbçilərinin döyüş əməliyyatlarında iştirakına dair sübut təqdim edə bilməyibbackend

Pentaqon Şimali Koreya hərbçilərinin Kursk vilayətində hərbi əməliyyatlarda iştirakını təsdiq edə bilmir.

Departamentin saytı xəbər verir ki, bu barədə Pentaqonun sözçünün müavini Sabrina Sinq brifinq zamanı bildirib.

“Biz bilirik ki, onlar döyüş əməliyyatlarına başlayıblar. Bilirsiniz, biz bunun müstəqil təsdiqini almamışıq, lakin, necə deyərlər, nədənsə Kurska köçürlər”, – o qeyd edib.

Sinq vurğulayıb ki, Pentaqonun Şimali Koreya hərbçilərinin döyüş əməliyyatlarında iştirakını gözləməyə hər cür əsası var.