Pentaqon raket kreyserlərinin xidmət müddətini uzadıbbackend

ABŞ Hərbi Dəniz Qüvvələri üç idarə olunan raket kreyserinin xidmət müddətini uzadıb.

Bu barədə RİA Novosti yazır.

Qeyd olunur ki, söhbət Ticonderoga sinif kreyserlərindən gedir – bunlar USS Gettysburgh (CG-64), USS Chosin (CG-65) və USS Cape St. George (CG-71). Bu gəmilərdəki döyüş sistemləri artıq yenilənib. Onların ən azı 2027-ci ilə qədər xidmət edəcəyi gözlənilir.

“Kreyserlər İkinci Dünya Müharibəsi zamanı döyüş gəmilərinin taleyini yaşadılar. Gözəl və qüdrətli, onlar sadəcə olaraq hərbi düşüncənin inkişafı ilə ayaqlaşa bilməyiblər”, – Rusiya agentliyi öz materialında qeyd edir.