Premyer Liqa: “Kəpəz” “Zirə”yə, “Sumqayıt” “Neftçi”yə qarşıbackend

Azərbaycan Premyer Liqasında 16-cı turun oyunları keçirilir.

Oxu.Az xəbər verir ki, bu gün daha 2 oyun baş tutacaq.

Əvvəlcə “Kəpəz” Tovuzda “Zirə”ni qəbul edəcək. Günün digər oyunu “Sumqayıt”la “Neftçi” arasında baş tutacaq.

Turun əvvəlki görüşlərində “Səbail” “Araz-Naxçıvan”a uduzub (0:2), “Sabah” – “Qarabağ” matçında (1:1) qalib müəyyənləşməyib. Tura sabah keçiriləcək “Turan Tovuz” – “Şamaxı” oyunu ilə yekun vurulacaq.