“Real Madrid”in futbolçusu Vinisius karyerasını Səudiyyə Ərəbistanında davam etdirmək istəyir.
Bu barədə jurnalist Romain Molina sosial şəbəkələrdə məlumat verib.
Forvard və ətrafı son aylarda onlara təklif olunan məbləğlərlə maraqlanır. Real Madrid futbolçunu satmağa razı olsa, futbol tarixində ən böyük məbləği qazanacaq.
Bu mövsüm Vinisius 18 oyun keçirib, 12 qol vurub və 8 məhsuldar ötürmə edib. Onun “Real”la müqaviləsi 2027-ci ilin yayına qədərdir.
Noyabrın 1-də futbolçunun “Real Madrid”dən ayrılmağı düşündüyü bildirilirdi. Futbolçu İspaniyada oynayarkən özünü irqçiliyə məruz qoyur. Vinisius bəzən hakimlərin təhqir edənləri deyil, özünü cəzalandırmasını sevmir. Həmçinin, onun bu istiqamətdəki fəaliyyətinə “Qızıl top” mərasimində məhəl qoyulmayıb.