Rumıniyanın Ali Müdafiə Şurası “Patriot” hava hücumundan müdafiə sisteminin Ukraynaya verilməsi barədə qərar qəbul edib. Bu barədə ölkə prezident administrasiyasının saytında məlumat verilib.
“Ukraynada təhlükəsizlik vəziyyətinin əhəmiyyətli dərəcədə pisləşməsini, eləcə də bu vəziyyətin regional nəticələrini, o cümlədən Rumıniyanın təhlükəsizliyi üçün müttəfiqlərlə sıx koordinasiyanı nəzərə alaraq, Şura üzvləri “Patriot” sisteminin Ukraynaya təhvil verilməsi barədə qərar qəbul ediblər. mesajında deyilir.
Mənbə: TASS