NATO-nun Rumıniyada may ayında keçirilməsi planlaşdırılan “Dacian Spring 25” təlimləri ölkədə keçiriləcək prezident seçkiləri ilə əlaqədar təxirə salınacaq. Bu barədə Fransanın “Le Journal du Dimanche” (JDD) nəşri yazır.
Məlumdur ki, Fransa bu təlimlər çərçivəsində Rumıniya ərazisinə 4 min əsgərdən ibarət briqada səviyyəsində çoxmillətli struktur yerləşdirməyi planlaşdırırdı. Təlimin məqsədi cəmi 10 gün ərzində belə böyük silahlı dəstəni NATO-nun şərq cinahına köçürmək imkanını qiymətləndirməkdir.
“Biz siyasi vəziyyətə uyğunlaşırıq”, – nəşrin mənbəsi təlimlərin təxirə salınmasını izah edib.