Shell London birjasını tərk etməyi düşünürbackend

Neft-qaz şirkəti Shell London birjasını tərk edərək Nyu-Yorkda listinqi mümkün hesab edir.

Britaniyanın “Teleqraf” qəzeti bu barədə şirkətin baş direktoru Vael Savana istinadən xəbər verir.

Savanın sözlərinə görə, investorlar indi Shell səhmlərini aşağı qiymətləndirirlər. Beləliklə, o, Shell-in (230 milyard dollar) və səhmləri Nyu-Yorkda satılan rəqiblərinin, Exxon Mobil (480 milyard dollar) və Chevron-un (300 milyard dollar) kapitallaşmasında boşluğa işarə edib.

The Telegraph qeyd edir ki, ənənəvi olaraq neft, qaz və mədən korporasiyaları arasında populyar olan London Fond Birjası son vaxtlar ESG (ətraf mühit, sosial və idarəetmə) gündəliyinə investorların marağının artması səbəbindən mədənçıxarma sektorunda daha çox şirkətin getdiyini müşahidə edir.

Mənbə: Bloomberg