Şirvanda zavodda partlayış nəticəsində ölən və xəsarət alanın kimliyi bilindibackend

Müdafiə Sənayesi Nazirliyinin Şirvandakı zavodunda sursat partlaması nəticəsində ölən və xəsarət alan şəxslərin kimliyi bilinib.

APA-nın əldə etdiyi xəbərə görə, ölən şəxs Şirvan sakini, 1966-cı il təvəllüdlü Mehman Həsən oğlu Əhmədovdur.

Xəsarət alan şəxsin Şirvan sakini, 1970-ci il təvəllüdlü Səbinə Elyas qızı Şəkərova olduğu bildirilir.

Nazirliyin İnformasiya texnologiyaları şöbəsinin müdiri Yaşar İsakovun sözlərinə görə, partlayış qurumun “Şirvan Araz zavodu” MMC-də M6 partladıcı başlığın aralıq ötürücüsünü sıxarkən baş verib.