Dünyada nüvə gücləri arasında toqquşma riskləri artır.
Bunu TASS-a müsahibəsində Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqu deyib.
Onun sözlərinə görə, bu, münaqişələrin artması və geosiyasi rəqabətin güclənməsi fonunda baş verəcək.
Şoyqu 2024-cü ilin mayında prezident Vladimir Putinin fərmanı ilə Rusiyanın müdafiə naziri postunu tərk edib. Onun yerini Andrey Belousov tutdu.