“Spartak”ın baş məşqçisi futbolçu Litvinovun oyununu yüksək qiymətləndiribbackend

“Spartak”ın baş məşqçisi Deyan Stankoviç yarımmüdafiəçi Ruslan Litvinovun Rusiya Premyer Liqasının (RPL) IV turunda “Axmat”la oyunda çıxışını yüksək qiymətləndirib. “Qırmızı-ağ” çalışdırıcının sözlərini “Match TV” sitat gətirir.

“Litvinovun oyunu fenomenal idi, o, qızıl futbolçudur, əsl şirdir. Mən onu məşq etməkdən çox zövq alıram”, – Stankoviç deyib.

Moskva “Spartak”ı RPL-in dördüncü turunun matçında Qroznı “Axmat”ına qalib gələ bilməyib.

Mənbə: Match TV