Türkiyə Kürdüstan Fəhlə Partiyasının hədəflərini vururbackend

Türkiyə Müdafiə Nazirliyi bildirib ki, Türkiyə ordusu Şimali İraqda Kürdüstan Fəhlə Partiyasının (PKK) hədəflərinə qarşı hava əməliyyatı keçirib. Bu barədə TASS məlumat yayıb.

İdarə, Hərbi Hava Qüvvələrinin İraqın şimalındakı Metina, Qara, Hakurk, Qəndil və Assos bölgələrində PKK-ya qarşı əməliyyat keçirdiyini vurğulayıb.

Türkiyə Müdafiə Nazirliyi bunun ölkəyə və təhlükəsizlik qüvvələrinə qarşı terror hücumlarının qarşısını almaq üçün edildiyini iddia edir. PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq və anbarlarda yerləşən 37 hədəf vurulub.

Mənbə: TASS