Türkiyə Türkmənistandan qaz tədarükünü nəzərdən keçirirbackend

Türkiyə Türkmənistandan təbii qazın, o cümlədən İran ərazisindən, Azərbaycandan tranzitlə və Xəzərin dibi ilə boru kəməri ilə nəqlinin təşkili üçün müxtəlif variantları nəzərdən keçirir. Bunu https://www.foreks.com/https://www.foreks.com/ saytına müsahibəsində Türkiyənin enerji və təbii sərvətlər naziri Alparslan Bayraktar deyib.

Onun sözlərinə görə, Ankara ən qısa müddətdə 2 milyard kubmetr türkmən “mavi yanacaq” idxalını təşkil etməyə hazırdır. “Türkmən qazının gəlişi üçün ilk alternativ İran vasitəsilə mübadilədir. İkinci variant İran və Azərbaycan vasitəsilə svop, sonuncusu isə Xəzər dənizindən qazın boru kəməri ilə çatdırılmasıdır”, – deyə Bayraktar izah edib.

Türkiyənin enerji idarəsinin rəhbəri qeyd edib ki, Xəzər dənizindən keçən boru kəməri marşrutu Türkmənistan qazının tədarükü üçün daha uzunmüddətli və dayanıqlı həll yoludur. Eyni zamanda, “yanacaq idxalı üçün şərait yetişib” və Ankara praktiki icra mərhələsindədir.

Mənbə: A Haber