Türkiyənin Batman şəhərində iğtişaşlar davam edirbackend

Türkiyənin ölkənin şərqində yerləşən Batman şəhərində iğtişaşlar üçüncü gündür ki, davam edir. Bu barədə Batman Burada məlumat yayıb.

Nəşr qeyd edir ki, şəhərin bir sıra ərazilərində etirazçılarla polis arasında toqquşmalar olub. Batmanın bəzi yerlərində gənclər su şırnaqlarından istifadə edən hüquq-mühafizə orqanlarının əməkdaşlarına atəşfəşanlıq edirlər.

Polis helikopteri şəhərin səmasında patrul edir, etirazçılar şəhərin küçələrində icazəsiz yürüşlər keçirir və təkərləri yandırır, avtobusa da ziyan dəyib.

Kütləvi etirazlar Türkiyə hakimiyyətinin kürd yönümlü Demokratik Cəmiyyət Partiyasını təmsil edən Mardin, Batman və Halfeti şəhərlərinin bələdiyyə sədrlərini vəzifələrindən uzaqlaşdırmaq qərarından sonra başlayıb.