Ukraynada hərbi komissarlıqların polis olmadan küçə səfərbərliyi aparmaq səlahiyyəti var.
Ukraynanın “Strana” nəşri xəbər verir ki, bu barədə Ukrayna Daxili İşlər Nazirliyinin rəhbəri İqor Klimenko bildirib.
“TTK (Ukraynadakı hərbi komissarlıqlar – red.) vətəndaşların sənədlərini özləri yoxlamaq üçün bütün səlahiyyətlərə malikdir”, o vurğulayıb.
Klimenkonun sözlərinə görə, Ukraynada səfərbərlik zamanı pozuntular getdikcə azalır.
Bundan əvvəl ABŞ Ukraynaya xəbərdarlıq etmişdi ki, Ukrayna ordusunun sıralarında şəxsi heyətin olmaması Kiyev üçün silah çatışmazlığından daha kritikdir.