ABŞ-ın Ukraynaya hərbi yardımını dayandırmaq qərarı ABŞ-ın Avropada yerləşən silahlarına da təsir edib.
Bu barədə “The New York Post” yazır.
“Söhbət təkcə təyyarə və gəmilərdə deyil, həm də Polşada tranzit zonalarında gözləyən hərbi texnikadan gedir”, – nəşr yazır.
Nəşrlə söhbətində Ağ Evin nümayəndəsi aydınlaşdırıb ki, Ukrayna hakimiyyəti “sülh danışıqlarına vicdanlı sadiqliyini” nümayiş etdirənə qədər silah tədarükünün dayandırılması qüvvədə qalacaq.
Bundan bir qədər əvvəl məlum olmuşdu ki, ABŞ prezidenti Donald Tramp Ukrayna lideri Vladimir Zelenski ilə açıq qarşıdurmadan sonra Kiyevə bütün hərbi yardımın dayandırılması barədə göstəriş verib.