Üzel Kərimova həyat yoldaşından boşandıbackend

“İmtahan” serialı ilə məşhurlaşan aktrisa Üzel Kərimova həyat yoldaşından boşanıb.

“Olay”ın əldə etdiyi məlumata görə, sənətçi ailə qurduğu Türkiyə vətəndaşı Muhammed Talha Güneridən rəsmi olaraq bu gün ayrılıb.

Nizami Rayon Məhkəməsində hakim Sitarə Əliyevanın sədrliyi ilə keçirilən məhkəmədə tərəflər iştirak etməyiblər.

Qeyd edək ki, cütlük üç ildir ayrılsalar da, rəsmi boşanma baş tutmamışdı. Talha illərdir ABŞ-də yaşayır, Üzel isə fəaliyyətini Azərbaycanda davam etdirir. Onlar 2018-ci ilin sentyabrında evlənmişdilər.