Xankəndidə avtomat və qumbaralar tapılıbbackend

Polis əməkdaşları Xankəndi şəhərində avtomat və qumbaralar tapıblar.

Bu barədə  Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

Bildirilib ki, keçirilən tədbirlərlə aprelin 4-də Xankəndi şəhəri ərazisindən üç avtomat silahı, iki tüfəng, beş qumbara, 37 patron darağı, 3 148 ədəd müxtəlif çaplı patron, altı ədəd rabitə vasitəsi və digər sursatlar aşkar olunaraq götürülüb.