Yaponiya Ukraynaya əlavə hərbi yardım göstərəcək. NHK telekanalı xəbər verir ki, bu barədə Yaponiya Müdafiə Nazirliyinin rəhbəri general Nakatani Ukrayna Müdafiə Nazirliyinin rəhbəri Rustem Umerovla görüşdə bildirib.
“Yaponiyalı nazir ölkəsinin Ukraynaya dəstəyini davam etdirməyə hazır olduğunu bildirib və Özünümüdafiə Qüvvələrinə əlavə texnikanın tədarükü planını açıqlayıb”, – telekanal bildirib.
Qeyd olunur ki, Nakatani digər ölkələri də münaqişədə Ukraynaya yardımı davam etdirməyə çağırıb. Eyni zamanda, nazir konkret olaraq hansı texnologiyadan danışdığını açıqlamayıb.
Bundan əvvəl ABŞ Silahlı Qüvvələrinin keçmiş kəşfiyyatçısı Skott Ritter Ukrayna üçün münaqişənin Yaponiya üçün olduğu kimi başa çatacağını irəli sürmüşdü.
Mənbə: A Haber