backend

Bakıda 14 yaşlı oğlan dəm qazından boğulub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə paytaxtın Nərimanov rayonunda qeydə alınıb.

Rayon sakini, 14 yaşlı Lətif Mansurov yaşadığı evin hamamında dəm qazından zəhərlənərək dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.