3 uşağını öldürən ata barədə qərar verildibackend

Trabzonda çay bağçasında qızları Yaren (11), Hiranur (7) və Elifi (4) tapança ilə başından vuraraq öldürən müəzzin Emre Göktaş barədə qərar qbəul edilib.

İctimai.az xəbər verir ki, hadisə 2021-ci il avqustun 31-də Of rayonunun Uluağaç rayonundakı çay bağçasında baş verib. Of müftiliyində müəzzin olan Emre Göktaş 112 Təcili Zəng Mərkəzinə zəng edərək 3 qızını öldürdüyünü bildirib.

Hadisə yerində cinayət silahı ilə tutulan Emre Göktaş sövq edildiyi ədliyyədə hakim tərəfindən həbs edilib.

Məhkəmə kollegiyası Emre Göktaş haqqında “dəhşətli hisslə uşağı qəsdən öldürmək” maddəsi ilə 3 dəfə ağırlaşdırılmış ömürlük həbs, qəsdən adam öldürmə cinayətində silahdan istifadə etdiyinə görə 2 il 6 ay həbs və 80 gün məhkəmə pul cəzasına məhkum edib. Nümayəndə heyəti də cəzaları azaltmayıb.

Mənbə: Haber 7

İctimai.az