Cənubi Karolinada 26 yaşlı iki uşaq anası müştəri ilə mübahisədən sonra ticarət mərkəzinin qarşısında güllələnib.
Bu barədə Fox News xəbər verir.
Hadisə fevralın 14-də İrmo şəhərindəki Kroger supermarketinin yaxınlığında baş verib. Mərhumun ərinin sözlərinə görə, arvadı Kress avtomobilə yemək yükləyən zaman tanımadığı qadınla dayanacaqda mübahisə edib.
Şifahi mübahisədən sonra aqressiv xanım naməlum odlu silahı çıxararaq qadının kürəyinə atəş açıb. Bu zaman avtomobildə ər-arvadın uşaqları – iki yaşlı oğlan və körpə olub, onlar xəsarət almayıblar.
Mənbə: Fox News
İctimai.az













