Birləşmiş Ştatlar ilk dəfə olaraq keçən il Kanada səmasında Amerika qırıcısını vuran naməlum uçan obyektin (UFO) görüntüsünü yayımlayıb.
Bu barədə CTV News xəbər verir.
“ABŞ-a məxsus F-22 qırıcısı 2023-cü il fevralın 11-də Alyaska ilə həmsərhəd olan Yukon ərazisində Kanadanın hava məkanına daxil olduqdan qısa müddət sonra obyekti vurub.
Teleqraf.com xəbər verir ki, ciddi şəkildə redaktə edilmiş sənədlər görüntünün yüksək profilli insidentdən bir neçə gün sonra ictimaiyyətə açıqlanmasına icazə verildiyini göstərir. Bununla belə, adı açıqlanmayan ictimaiyyətlə əlaqələr rəsmisi daha sonra fotonun yayılmasının “daha çox suallar yarada biləcəyindən” narahat olduğunu bildirib.















