ABŞ-da səkkiz yaşlı uşaq onunla birlikdə yaşayan övladlığa götürülmüş uşağı öldürməyə cəhd etdiyi üçün həbs edilib, Mirror yazır.
Mətbuatın yazdığına görə, uşaqlar mübahisə edib, aralarında dava düşüb, bu zaman həbs olunan tələbə öz qurbanını bıçaqlayıb. Həmyaşıdları onu dayandırdıqdan sonra uşaq “hamını öldürməklə” hədələyib.
Gələn məmurlar uşağı tutub əllərini qandallamağa çalışsalar da, o, daim onlardan qaçıb. Uşaq sonda həbs edilərək təcridxanaya aparılıb və orada qalıb.
“Qeyd edək ki, yetkinlik yaşına çatmayan müttəhim əvvəllər başqalarına qarşı aqressiya və zorakılıq əlamətləri göstərib”, – deyə polisin açıqlamasında bildirilir.
Mənbə: Haberturk
İctimai.az