AFFA İcraiyyə Komitəsinin iclası keçiriləcəkbackend

AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.

Sportal.az xəbər verir ki, bu barədə federasiyanın rəsmi saytı məlumat yayıb.

İyunun 3-də AFFA-nın inzibati binasında keçiriləcək iclas saat 10:00-da başlayacaq. İclasın gündəliyini diqqətinizə çatdırırıq:

1. 2024-cü il üçün AFFA-nın büdcəsinin müzakirəsi
2. AFFA-nın strategiyası və uşaq futboluna dair müzakirələr
3. Aşağı yaş qrupu üzrə milli komandaların baş məşqçi məsələsinin müzakirəsi
4. 1-ci və 2-ci Liqada mövcud vəziyyətin müzakirəsi
5. “Qəbələ” İK-ya müvafiq yardımın ayrılması
6. Digər məsələlər.