Alimlər Alzheimer xəstəliyinin bir neçə fərqli formada özünü büruzə verdiyini aşkar ediblərbackend

Hollandiyanın Amsterdam Azad Universitetinin alimləri müəyyən ediblər ki, Alzheimer xəstəliyi ən azı beş müxtəlif formada özünü göstərir. Bu, xəstələrin genetik xüsusiyyətləri və xəstəliyin klinik xüsusiyyətləri ilə əlaqədardır. Araşdırmanın nəticələri Nature Aging jurnalında dərc olunub.

Tədqiqat zamanı elm adamları Alzheimer xəstəliyi olan 400-dən çox xəstəni onurğa-beyin mayesində (CSF) müəyyən zülalların səviyyəsinə əsasən beş qrupa ayıra bildilər. Bu beyin və onurğa beynini əhatə edən şəffaf mayedir. Tədqiq olunan zülallar Alzheimer xəstəliyi zamanı orqanizmdə baş verən bioloji proseslərlə əlaqələndirilib. Bunlara beyin strukturlarında amiloid lövhələrinin əmələ gəlməsi və neyroiltihab daxildir.

Alimlər onurğa beyni mayesini analiz edərək, Alzheimer xəstəliyi ilə əlaqəli 1058 zülal müəyyən ediblər. Daha sonra xəstələri bu zülalların konsentrasiyasına görə qruplara bölmək üçün maşın öyrənmə üsullarından (süni intellektin bir növü) istifadə etdilər. Bir qrupdakı insanlarda RNT-nin (genin kodlaşdırılmasında və ifadəsində mühüm rol oynayan ribonuklein turşusu) disregulyasiya ilə əlaqəli daha çox zülal var idi, digər qrupdakı xəstələrdə isə immun sisteminin aktivləşdirilməsində və ya beyin hüceyrələrinin böyüməsini stimullaşdırmaqda iştirak edən zülalların konsentrasiyası artmışdır.

Mənbə: Gazeta.ru