Almaniya milli komandası tarixə düşdübackend

“Avro-2024″ün açılış matçında Şotlandiyanı 5:1 hesabı ilə məğlub edən Almaniya milli komandası Avropa Çempionatları tarixində ən böyük hesablı qələbəsini qazanıb.

Almaniya millisinin Şotlandiya ilə oyuna qədər indiyədək ən böyük qələbələri 1972-ci ildə SSRİ komandasına 3:0, 2016-cı ildə Slovakiyaya qarşı 3:0 hesablı qələbələr olub.

Xatırladaq ki, qarşılaşmada hesabı 10-cu dəqiqədə Almaniya millisinin yarımmüdafiəçisi Florian Virtz açıb. 19-cu dəqiqədə yarımmüdafiəçi Camal Musiala komandanın üstünlüyünü möhkəmləndirib. 45+1-ci dəqiqədə Almaniya yığmasının hücumçusu Kay Haverts penalti zərbəsini dəqiq yerinə yetirərək komandasının üçüncü qolunu vurub.

68-ci dəqiqədə hücumçu Niklas Füllkruq meydan sahiblərinin 4-cü qolunu vurub. 87-ci dəqiqədə Almaniya yığmasının mərkəz müdafiəçisi Antonio Rüdiger topu öz qapılarına vuraraq avtoqola imza atıb. 90+3-cü dəqiqədə yarımmüdafiəçi Emre Can meydan sahiblərinin 5-ci qolunu vurub.

Mənbə: Championat.com