Alyaskada iki AH-64 Apache helikopterinin qəzaya uğraması nəticəsində üç əsgər həlak olubbackend

Alyaskanın Healy kəndi yaxınlığında iki Apaçi helikopterinin qəzaya uğraması nəticəsində 3 əsgər həlak olub.

Bu barədə “Reuters” ABŞ ordusunun 11-ci hava-desant diviziyasının bəyanatına istinadən xəbər verir.

Helikopterlərin təlim missiyasından geri döndüyü dəqiqləşdirilir. Hazırda qəza yerində xilasedicilər işləyir və hadisə ilə bağlı araşdırma aparılır.
ABŞ ordusunun rəsmiləri Reuters-in itkilərlə bağlı sorğusuna dərhal cavab verməyib.

Bundan əvvəl Alyaskada təlim uçuşu zamanı ABŞ ordusuna məxsus iki helikopterin qəzaya uğradığı bildirilirdi. Qeyd olunub ki, ABŞ ordusuna məxsus AH-64 Apache helikopterləri Feyrbenks şəhəri yaxınlığındakı Fort Ueynrayt bazasında yerləşdirilib.