Argentinanın Rosario şəhərində naməlum şəxslər futbolçu Lionel Messinin həyat yoldaşı Antonella Rokuzzoya məxsus “Unico” mağazasını qarət ediblər, İnfobae xəbər verir.
Mağaza işçiləri mağazadan nağd pul daşımalı idilər, lakin onlara hücum edən naməlum şəxslər əməkdaşların avtomobilinin şüşələrini sındıraraq, içərisində pul olan iki çanta götürərək avtomobilə atəş açıblar. Hücum edənlər qaça biliblər.
Cinayətkarlar təxminən 20 min avro oğurlayıblar.
Mənbə: İnfobae














