Azərbaycan Ordusunun hərbçisi minaya düşdübackend

Tərtərin Talış kəndi istiqamətində Azərbaycan Ordusunun hərbçisi – 2004-cü il təvəllüdlü Niftəliyev Novruz Eldəniz oğlu minaya düşüb.

“Report”un Qarabağ Bürosunun əldə etdiyi məlumata görə, o, Tərtər Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

N.Niftəliyev minaya düşməsi nəticəsində şəhid olub.

O, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qəbələ rayon şöbəsindən hərbi xidmətə çağırılıb.