Azərbaycan Premyer Liqasında 2024-cü ilin sonuncu oyunları keçiriləcəkbackend

Azərbaycan Premyer Liqasında 2024-cü ilin sonuncu oyunları keçiriləcək.

İctimai.az xəbər verir ki, 18-ci tura iki qarşılaşma ilə yekun vurulacaq.

İlk olaraq “Şamaxı” “Sabah”ı qəbul edəcək. Bölgə təmsilçisi 14 xalla 8-ci, qonaqlar 26 xalla 5-ci pillədə qərarlaşıb.

Tura “Qarabağ” – “Araz-Naxçıvan” görüşü ilə yekun vurulacaq. Lider “Qarabağ”ın 44, ikinci sıradakı Naxçıvan klubunun 39 xalı var.

Misli Premyer Liqası

II dövrə, 18-ci tur

22 dekabr

14:00. “Şamaxı” – “Sabah”

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Müslüm Əliyev, Əli Əliyev.

VAR: Rəşad Əhmədov.

AVAR: Vüsal Məmmədov.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Anar Şıxəliyev.

Şamaxı şəhər stadionu

16:30. “Qarabağ” – “Araz-Naxçıvan”

Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Şirmamed Mamedov, Əkbər Əhmədov.

VAR: Rauf Cabarov.

AVAR: Akif Əmirəli.

Hakim-inspektor: Anar Salmanov.

AFFA nümayəndəsi: Eldəniz Musayev.

Tofiq Bəhramov adına Respublika stadionu