“Marca” xəbər verir ki, kataloniyalı “Barselona”nın gənc hücumçusu Lamin Yamal uşaqlıqda atasının onu itlərlə futbol oynamağa məcbur etdiyini deyib.
“Atam dişləmədiklərini dedi və məni itlərlə qaçmağa məcbur etdi. Onlarla tez-tez futbol oynayırdım. İtlə oynamaq, edə biləcəyiniz ən çətin şeydir”, – Yamal bildirib.
Yamal İspaniya millisinin tərkibində 2024-cü il Avropa çempionatının qalibi olub. Onun komandası final matçında İngiltərəyə 2:1 hesabı ilə qalib gəlib. İspaniya yığmasının heyətində 47-ci dəqiqədə Niko Uilyams, 86-cı dəqiqədə Mikel Oyarzabal, 73-cü dəqiqədə isə ingilislərin qoluna Koul Palmer imza atıb.
Yamal həmin matçda ilk qola ötürmə verdi və bütün turnirin sonunda ən yaxşı gənc oyunçu kimi tanındı. Onun komanda yoldaşı Rodri Avro-nun MVP-si oldu.