Baydenin İsrailə səfərindən sonra Qəzza zolağında məktəb vurulubbackend

NBC News yerli səhiyyə orqanlarına istinadən xəbər verir ki, ABŞ prezidenti Co Baydenin oktyabrın 18-də İsrailə səfəri başa çatdıqdan bir neçə saat sonra Qəzza zolağının Xan Yunis şəhərində məktəbə zərbə endirilib.

Yayımcının məlumatına görə, Amerika lideri İsraili tərk etdikdən bir neçə saat sonra bu şəhərdəki məktəbdə partlayış baş verib. Ən azı 5 nəfər ölüb, onlarla insan yaralanıb.

Aydınlaşdırılır ki, bu təhsil müəssisəsi BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyi (UNRWA) tərəfindən idarə olunur.

Mənbə: RİA Novosti