Bərdədə avtomobil aşdı: Bir nəfər öldü, dörd nəfər yaralandıbackend

Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Mehdili kəndində baş verib.

Belə ki, “Mercedes-Benz” markalı avtomobil idarəetməni itirərək yol kənarındakı əkin sahəsinə aşıb.

Hadisə nəticəsində bir nəfər həyatını itirib, dörd nəfər isə müxtəlif bədən xəsarətləri alıb.