Kahramanmaraşda baş verən iki zəlzələnin böyük dağıntılara səbəb olduğu Hatayda dünən axşam saatlarında 6,4 və 5,8 bal gücündə iki zəlzələ baş verib.
Bəzi qəzalı binaların dağıldığı şəhərdə baş verən zəlzələdə həyatını itirənlərin sayı 6 min 294 nəfərə yüksələrkən, 18-i ağır olmaqla 294 nəfər yaralanıb.
Qeyd edək ki, fevralın 6-da Kahramanmaraşda baş verən və 10 şəhəri əhatə edən 7,7 və 7,6 bal gücündə zəlzələlər Hatayda böyük fəsadlara səbəb olub. Şəhərdə minlərlə bina dağıdılıb, çoxlu sayda vətəndaş həyatını itirib.
Mənbə: TRT Haber
İctimai.az













