Hatayda yalan səbəbiylə çaxnaşma baş verdibackend

Çərşənbə axşamı, fevralın 7-də səhər saat 07:40-da sosial media hesabında Oğuzhan Uğurun idarə etdiyi Babala TV, Yarseli bəndinin partladığını və bunun axtarış-xilasetmə işlərinə mane olduğunu iddia etdi. 

Videonu çəkən vətəndaş qəzəbli halda Hataydan yüksək nöqtədən qaçan insanları “Hazırda hamı şəhəri tərk etməyə çalışır. Bütün işlər dayanıb. Bunu kim təşkil edibsə, kim yayıbsa tapılmalıdır” ifadələrini işlədərək lentə alıb.

Bu ağlasığmaz yalan ucbatından tonlarla dağıntılar altında qalan vətəndaşları xilas etmək cəhdləri saniyələrin belə əhəmiyyət kəsb etdiyi bir vaxtda yarımçıq qalıb.

Axtarış-xilasetmə qrupları gecikmə ilə də olsa işlərini yenidən davam etdirib.

Hatay Yarseli bəndinin divarının çatladığını paylaşan hesabın sahibi Oğuzhan Uğur haqqında İstanbul Respublika Prokurorluğu istintaq başlatdı.

Mənbə: Haber 7

İctimai.az