İki azyaşlı Ermənistan sakini azaraq Azərbaycan ərazisinə keçib?backend

Ermənistanın Azərbaycanla sərhəd Sünik (Zəngəzur) bölgəsində 17-18 yaşlı iki gənc itkin düşüb.

“Qafqazinfo” News.am saytına istinadən xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidməti məlumat yayıb.

Bildirilib ki, sərhəddəki Tex kəndinin sakinləri 2007-ci il təvəllüdlü Karen Cangiryan və 2008-ci ildə anadan olmuş Andrey Qyaquns gecə saat 01:20 radələrində Aravus kəndi yaxınlığında itkin düşüblər.

Onların azaraq Azərbaycan ərazisinə keçdiyi ehtimal edilir.

Qeyd edək ki, Azərbaycan tərəfindən hadisə ilə bağlı hələlik açıqlama verilməyib.