İspaniya millisi tarixin ən zəiflərindən biri adlandırılıbbackend

İspaniyanın EFE xəbər agentliyinin jurnalisti Xose İqnasio Orteqa hazırkı İspaniya yığmasının tarixin ən zəif komandalarından biri olduğunu bildirib və onu 2024-cü il Avropa çempionatında Xorvatiya ilə oyunun favoriti adlandırmayıb.

“İspaniya millisi indi ölkəmizin tarixinin ən zəif komandalarından biridir. Bununla belə, onun maraqlı oyunçuları var: müdafiəçilər Alexandro Qrimaldo və Dani Karvaxal, yarımmüdafiəçilər Rodri və Pedri, hücumçular Niko Uilyams və Lamin Yamal. Eyni zamanda, xorvatların daha yaxşı müdafiəyə sahib olduğuna inanıram. Çətin matç gözləyirəm”, – Orteqa bildirib.

İspan jurnalist Xorvatiyanı “inadkar” komanda adlandırıb və onların xarakter və fiziki qabiliyyət baxımından güclü olduğunu vurğulayıb.

Mənbə: Sports.ru