Koronavirusa yoluxanların sayı açıqlandıbackend

Azərbaycanda koronavirusa (COVID-19) 4387 yeni yoluxma faktı qeydə alınıb, 3133 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Nazirlər Kabineti yanında operativ qərargahdan verilən məlumata görə, 38 nəfər COVID-19-dan vəfat edib.

Aktiv xəstə sayı 59028 nəfərdir.

Ölkədə son sutka ərzində 18321, hazırkı dövrədək isə 1865512 test aparılıb.

Ümumi ölənlərin sayı 1713 nəfərdir.