Koronavirusa yoluxanların sayı açıqlanıbbackend

Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 13 yeni yoluxma faktı qeydə alınıb, 16 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, analiz nümunələri müsbət çıxan 1 nəfər vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 831 706 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 821 351 nəfər müalicə olunaraq sağalıb, 10 270 nəfər vəfat edib, aktiv xəstə sayı 89 nəfərdir.