Məşhur argentinalı sabiq qapıçı Uqo Orlando Qatti Argentina millisinin və Amerikanın “İnter Mayami” klubunun hücumçusu Lionel Messini tənqid edib.
Onun sözlərini Mundo Deportivo sitat gətirir.
“Messini sevmirəm, amma o, sadə futbol oynayır. Messi 2026-cı il dünya çempionatı üçün Argentina milli komandasına cəlb oluna bilər. Amma o zaman argentinalıların bir oyunçusu az olacaq. İndi belədir… Lionel ABŞ-da kənd futbolu oynayır!” – dedi.
Messi 2023-cü ilin yayında MLS-də çıxış edən İnter Mayamiyə keçdi. Ötən il avqustun 20-də argentinalı Amerikada ilk kuboku – Liqa Kubokunu qazanıb. 2022-ci ilin dekabrında Messi Argentina millisinin tərkibində dünya çempionu oldu. O, millinin heyətində də 100-dən çox qol vurub.