Milli Məclis cərimələrin artırılmasını təsdiqlədibackend

Milli Məclisin iclasında İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinin təkmilləşdirilərək yeni redaksiyada təqdim olunması müzakirəyə çıxarılıb.  

İctimai.az-ın məlumatına görə, maddədə bildirilir ki, epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə – fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir.

Yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur.

Hüquqi şəxslərin iki min manatdan beş min manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulur.

Məcəllənin 388-1-ci maddəsinə də müvafiq düzəlişlər edilib.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

İctimai.az