Milli Məclisin deputatı İlham Məmmədov Yevlaxda vətəndaşlarla görüş keçiribbackend

Milli Məclisin deputatı İlham Məmmədov Yevlaxda vətəndaşlarla görüş keçirib.

Görüş çərçivəsində vətəndaşların müraciətləri dinlənilib, yerində həll olunması mümkün olan məsələlərlə bağlı müvafiq tədbirlər görülüb, digər məsələlərlə bağlı aiddiyyəti üzrə müraciətlər ünvanlanıb.

Görüş çərçivəsində Milli Məclisin deputatı İlham Məmmədov qeyd edib ki,  dövlətimizin düzgün və məqsədyönlü siyasəti Azərbaycan dövlətinin və xalqının maraqlarına xidmət edir. Qarşıdakı hədəflərimiz bizi daha xoşbəxt və firavan gələcəyə doğru aparır.

Vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısı cənab İlham Əliyevə təşəkkür hissini ifadə ediblər.