“Monako”nun baş məşqçisi Adi Hütter rusiyalı yarımmüdafiəçi Aleksandr Qolovinin mövsümün əvvəlində yaşadığı çətinlikləri futbolçunun mövsümlərarası fasilədə zədələnməsi ilə əlaqələndirib.
Onun sözlərini klubun rəsmi saytı sitat gətirir.
“Onun mövsümün əvvəlində çətinliklərinin əsas səbəbi mövsümöncəsi zədə ola bilər, lakin o, özünün ən yaxşı formasına qayıtmaq üçün mübarizə aparır. İndi biz tez-tez hücumda problemlərdən danışırıq, amma mən şadam, çünki hələ də PSJ ilə eyni xallarımız var”, – deyə mütəxəssis bildirib.