Moskvanın cənub-şərqində güclü yanğın baş veribbackend

Moskvanın cənub-şərqində, Ryazanski prospektində Staxanovskaya metrostansiyasının yaxınlığında güclü yanğın baş verib.

Bu barədə “Diqqət, Moskva” Telegram kanalı məlumat yayıb.

Portalın məlumatına görə, zavodun yenidən qurulan anbarı yanır. Binanın dam örtüyü yanıb. Fövqəladə Hallar Nazirliyinin əməkdaşları həmin yeri izləyirlər.

Öz növbəsində Mash Telegram kanalı yanğının Moskvanın Kuzminkidəki mərkəzi təmir-mexaniki zavodunun ərazisində baş verdiyini yazır.

Digər təfərrüatlar verilmir.

Mənbə: Lenta.ru