ABŞ-da kişi çiy istiridyə yedikdən sonra ölüb.
Məlum olub ki, mollyuskalarda amerikalının ölümünə səbəb olan ətyeyən bakteriyalar var.
Medianın məlumatına görə, 54 yaşlı kişi Missuri ştatındakı mağazalardan birində istiridyə alıb. Yeməkdən sonra özünü pis hiss edib və kömək üçün həkimlərə müraciət edib. Müayinə zamanı məlum olub ki, xəstə Vibrio vulnificus kimi tanınan bakteriyaya yoluxub. Bir qayda olaraq, bu parazit növü xam və az bişmiş dəniz məhsullarında yaşayır.
İctimai səhiyyə şöbəsi çirklənmiş istiridyələrin necə satıldığını öyrənməyə çalışır və yerli polis də məsələni araşdırır.
Mənbə: Sabah













