Ordubadda qohumlar arasında münaqişə qanla bitdibackend

Ordubad rayonuna qonaq gələn 39 yaşlı kişi bibisi oğlu tərəfindən bıçaqlanıb.

APA xəbər verir ki, hadisə rayonun Nəsirvaz kəndində qeydə alınıb.

Kənd sakini, 1979-cu il təvəllüdlü Yalçın Yaqub oğlu Məmmədov kəndə qonaq gələn dayısı oğlu, Kəngərli rayon sakini, 1984-ü il təvəllüdlü Fazil İbrahim oğlu Bayramovu bıçaqlayıb.

Yaralı təcili olaraq Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.

İlkin olaraq, hadisənin tərəflər arasında yaranan münaqişə zəminində baş verdiyi bildirilir.
Faktla bağlı araşdırma aparılır.