PSJ-nin baş məşqçisi Mbappenin vida yeməyinə gəlməyibbackend

PSJ-nin baş məşqçisi Luis Enrike Fransa klubunun hücumçu Kilian Mbappe ilə vida yeməyində iştirak etməyən yeganə təmsilçisi olub. Bu barədə Le Parisien xəbər verir.

Mənbənin sözlərinə görə, buna səbəb ispan mütəxəssislə fransalı futbolçu arasında 2023/24 mövsümündə yaranmış münaqişə olub.

Mayın 10-da Mbappe 2023/24 mövsümü başa çatdıqdan sonra Fransa klubundan ayrılacağını rəsmən açıqlayıb. Müqaviləsi 2024-cü il iyunun 30-da başa çatdığı üçün forvard azad agent kimi PSJ-dən ayrılır.

Mənbə: NTV Spor