“Qarabağ” Azərbaycan Kubokunun qalibi oldubackend

Azərbaycan Kubokunun “Qarabağ” – “Zirə” komandaları arasındakı final qarşılaşması baş tutub.

Qarşılaşma “Qarabağ”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Ağdam klubu matçın 42-ci dəqiqəsində önə keçib, qolu Olavio Juninyo vurub. Oyunun 57-ci dəqiqəsində İsmayıl İbrahimli rəqibi cəzalandırıb və hesab bərabərləşib. Matçın 62-ci dəqiqəsində Abdullah Zubir komandasını yenidən önə keçirib – 2:1.

Qeyd edək ki, bununla da Ağdam klubu səkkizinci dəfə Azərbaycan Kubokunun qalibi olub.