“Qarabağ” klubunun daha bir legioneri Hamidu Keyta Türkiyə Superliqasında çıxış edən “Konyaspor” klubuna keçir.
Oxu.Az xəbər verir ki, “Konyaspor” klubu 30 yaşlı futbolçu ilə ikiillik müqavilə imzalayacaq.
Hətta fransalı oyunçunun axşam saatlarında Konyada olacağı da vurğulanıb.
Qeyd edək ki, Hamidu Keyta 2023-cü ildə “Zirə”dən “Qarabağ”a keçib.
Xatırladaq ki, “Qarabağ”da çıxış edən digər legioner Adama Diakabi isə Türkiyənin “Bandırmaspor” klubuna keçib.